RU

“Məktəbə və aeroporta hücum insanlığa qarşı cinayətdir” Amerikalı politoloq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İranın 5 martda Naxçıvana dron hücumları çox böyük təəssüf doğurur. İran Qərbi Asiyada müharibəni ciddi şəkildə qızışdırır və Azərbaycanda xaos və qarışıqlıq yaradır”.

Bunu Globalinfo.az-a amerikalı politoloq Piter Teys bildirib.

“Tarix göstərir ki, Azərbaycanın yüksək səviyyəli silahlı qüvvələri və kəşfiyyat xidməti var. Bu fonda İranın təhrik etmək istədiyi sonuncu ölkə Azərbaycan Respublikası və onun yüksək təlim keçmiş silahlı qüvvələri ola bilər. Təəccüblü də olsa, İran dronları Naxçıvan şəhərindəki böyük İran konsulluğu kompleksinə deyil, cəmi 1 km-dən az məsafədə yerləşən rayon ərazisinə və hava limanına atıb.

Azərbaycan yüksək səviyyədə ehtiyatlılıq nümayiş etdirib və cəsarət göstərərək beynəlxalq qanunlara hörmətlə yanaşıb. Bununla belə, Azərbaycan xalqına qarşı silahlı təxribatlar zamanı hər hansı boşluğa və qarışıqlığa yol verilmir və Azərbaycan rəhbərliyinin dəmir yumruğu Azərbaycanın istər xarici, istərsə də daxili düşmənlərinə güclü zərbə vuracaq”.

Piter Teys

Ekspert qeyd edib ki, ibtidai məktəbə və Naxçıvan hava limanına hücum insanlığa qarşı cinayətdir və dünya bu böyük regional təxribatı görməzdən gələ bilməz:

“Son 24 saat ərzində Prezident İlham Əliyevin nəcib dövlət xadimi kimi göstərdiyi yüksək səviyyəli humanizm və səxavət dünya tarixində heç vaxt görülməyib. Naxçıvan Muxtar Respublikasına dron hücumlarından cəmi bir neçə saat əvvəl Azərbaycan hökuməti İran xarici işlər nazirinin müavinindən zəng qəbul edib və Livanda qalan İran səfirliyinin əməkdaşlarının Beyrutu tərk etmək imkanına malik olmadıqlarına görə təxliyə edilməsi üçün Bakıdan kömək göstərməyi xahiş edib. Bu xahiş Prezident İlham Əliyevə bildirildikdən sonra dövlət başçısı dərhal müşavirlərinə kömək göstərməyi və İran diplomatlarını təxliyə etmək üçün təyyarə göndərməyi əmr edib. Prezident İlham Əliyevin bu qərarı çox şey ifadə edir və Azərbaycan xalqının nə qədər ürəyiaçıq olduğunun sübutudur.

Bu böyük, müstəsna xalq Ermənistanla bu yaxınlarda başa çatan müharibədən əziyyət çəkməsinə baxmayaraq pilotlarını təhlükəyə ataraq təmənnasız şəkildə Beyrutdakı İran diplomatlarını təxliyə edib vətənə gətirmək üçün səxavətlə kömək əlini uzadır. Bu böyük, müstəsna xalqın nə qədər mərhəmətli olduğunun əsl sübutudur”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
globalinfo.az

1Источники