RU

SEPAH-ın Azərbaycanda terror cəhdi: İsrailin Azərbaycandakı səfirliyi də hədəfdə olub

BAKI, TurkicWorld

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.

TurkicWorld xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəfə alınıb.

Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib.

Lakin həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb.

İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.

Избранный
77
12
turkic.world

10Источники