Ötən gecə “İnter Mayami” ilk MLS çempionluğunu qeyd etmək üçün Ağ Evə səfər edib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump çempion komandanı rəsmi mərasimlə qəbul edib. Lakin klubun ən məşhur ortaq sahibi və uğurlarının əsas memarlarından biri olan Deyvid Bechem tədbirdə iştirak etməyib.
Müxtəlif ehtimallar səslənsə də, 50 yaşlı ingilis futbol əfsanəsinin tədbirdə olmaması siyasi səbəblərlə bağlı deyil. CNN və Ağ Ev rəsmilərinin məlumatına görə, Bekhem ailə məsələləri səbəbindən Avropada qalıb. O, həyat yoldaşı Viktoriyanın növbəti moda nümayişində ona dəstək olmağı seçib.