RU

Ənənəvi modellər bahalaşacaq Çin avtomobillərinin dövrü bitir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yaxın Şərqdə müharibənin genişlənməsi və Hörmüz boğazı ətrafında artan təhlükəsizlik riskləri beynəlxalq logistika və ticarət zəncirində ciddi narahatlıqlar yaradır. Bu, xüsusilə Çin avtomobillərinin istehsalı və ixracına təsir edə bilər, çünki dəniz yolu ilə daşınan malların gecikməsi və əlavə xərclərin yaranması ehtimalı artır. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Qiymtləndiricilər Cəmiyyətinin rəhbəri Vüqar Oruc bildirib ki, Yaxın Şərqdəki müharibə neftin qiymətinin artmasına səbəb olacaq. Neft qiymətinin yüksəlməsi enerji daşıyıcılarının, həmçinin logistika və nəqliyyat xərclərinin artmasına gətirib çıxarır. "Nəticədə istehsal olunan məhsulların maya dəyərində dəyişiklik yaranır. Çində istehsal olunan avtomobillərin maya dəyəri də təbii olaraq artır və bu, onların bazara təklif qiymətlərinin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, müharibə şəraitində risklər sığorta şirkətlərinin yük daşımaları üçün daha yüksək sığorta haqqı tələb etməsinə gətirib çıxarır ki, bu da yenə qiymətlərin artmasına təsir edir. Dünyada böyük yük daşımalarının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Hal-hazırda bu boğazda məhdudiyyətlər mövcuddur və bu da qiymətlərə təsir edəcək. Nəticədə Çin istehsalı avtomobillərin həm daşıma xərcləri, həm də istehsal maya dəyəri yüksələcək, bazara təklif qiymətlərində fərqlər meydana gələcək". Onun sözlərinə görə, əgər bu vəziyyət uzun müddət davam edərsə, elektromobillərə daha çox üstünlük verilə bilər. "Lakin müharibə qısa müddətdə başa çatsa, bazarda seçimdə əhəmiyyətli dəyişiklik olmayacaq. Son nəticədə, Azərbaycana idxal olunan Çin avtomobillərinin qiymətində artım müşahidə oluna bilər ki, bu da ikinci əl avtomobil bazarının aktivləşməsinə və ya alternativ xarici bazarlardan idxala üstünlük verilməsinə gətirib çıxara bilər. Ümumilikdə, müharibənin qısa müddətdə sona çatacağı gözləntisi qiymət artımlarının müvəqqəti olacağını göstərir. Lakin qeyd olunan geosiyasi gərginliklər Çin avtomobil bazarında maya dəyərinin artmasına səbəb olacaq və bu, Çin avtomobillərinin digər dövlətlərdə istehsal olunan avtomobillərlə müqayisədə rəqabət qabiliyyətinə müəyyən təsir göstərə bilər".Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
demokrat.az

1Источники