RU

“Ayətullahlar İmam Hüseyn adı ilə silsilə cinayətlər törədirlər” VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 15-ci buraxılışının yazılı variantını təqdim edir.

İranın Naxçıvan namərdliyi…

– Doğrudan da həftəmiz çox gərgin keçdi. İranın bombalanması bütün dünyanı silkələyən xəbər oldu və qonşumuz kimi biz bu həyəcanı ikiqat yaşadıq. Üstəlik, Naxçıvana gözlənilmədən zərbələr endirdilər. Belə şeyləri adətən faşistlər edirdi. Elan etmədən, heç nə bildirmədən, hər hansı bir danışıqda gərginlik yaşamadan qəflətən bombalamaq... Nə müsəlmançılığa, nə qonşuluğa sığan bir münasibət idi. Ancaq müxtəlif zamanlarda İranın bizə bu alçaldıcı münasibətini görmüşük. Mən özüm şəxsən bunun şahidi olmuşam.

2008-ci ildə Tehranda, məşhur Müsəllah meydanında beynəlxalq kitab sərgisində iştirak edirdim, tamamilə farslaşmış bir azərbaycanlı ilə həmsöhbət oldum. Mənə deyirdi, siz kirill əlifbasından haqlı imtina etdiniz, amma gərək əski əlifbaya qayıdasınız. Yəni ərəb əlifbasına... Deyirdi, sizin tarixi əlifbanız budur. Mən ona izah elədim ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik, cümhuriyyətin əlifbası isə latın hərfləri əsasında hazırlanıb. Ərəb əlifbası bizim fonetik imkanlarımızla üs-üstə düşmür.

Daha sonra həmsöhbətim yəhudilərlə dostluğumuzdan, başıma qaxmaq səviyyəsində söz açdı. Bu dəfə İranın Fələstin təəsübkeşliyini müsbət qiymətləndirib, Xocalı ilə anologiya apardım. Dedim, axı peyğəbmərimiz ümmət deyib, azərbaycanlı, fələstinli deməyib, niyə siz Fələstin uşaqlarının qətlinə etiraz edirsiniz, ancaq Xocalıdan heç nə danışmırsınız. Dedi, bu haqda heç nə bilmirik. Sərgidə Heydər Əliyev Fondunun Xocalı haqda müxtəlif dillərdə konkret faktlar əsasında buraxdığı yığcam kitab vardı, ona verdim, dedim, oxuyun və indən belə bu haqda da danışın.

İranın bizə münasibətini 44 günlük müharibədə də gördük. Güneyli qardaşlarımız siyasi sistemə etiraz olaraq yolları bağlamışdılar.

İndi də cənab prezident gedir bunların səfirliyinə, başsağlığı verir, Livandan diplomatik nümayəndələrin çıxarılması ilə bağlı kömək istəmələrinə mərdliklə cavab verir, səhəri gün Azərbaycana zərbələr endirirlər. Axı dövlətimiz ən kritik məqamda belə İran əlaheyinə nəsə deməyib və etməyib. Biz qələm adamları da İran ərazisinə müdaxiləni təqdir etmirik. İllah da o raketlər məktəblərə düşürsə... Yalnız İrandakı qəddar siyasi rejimi tənqid edirik. Bu rejim orda yaşayan on milyonlarla insanı, o cümlədəm bizim soydaşımızı əzir, üstəlik, qonşu ölklərə zaman-zaman təhdid yaradır.

İran totalitar bir ölkədir və dünya ilə heç cür ayaqlaşa bilmir. Tarixiçi Yuval Hararinin çox ağıllı bir sözü var, deyir, dünyada islamafobiyanın ən əsas səbəbi, islamın alternativ dövlət modeli təklif edən yeganə din olmasındadır. Qərblilər öz dinini, peyğəmbərini sevmir ki, zamanında dini dövlətdən ayırdı və inkişaf etdi?

Bütün dinlər zamanında mütərəqqi hadisə kimi yaranır, lakin zaman keçdikcə cəmiyyətin ayağında buxova çevrilir. İllah da hakimiyyətə gəlib 21-ci əsr ölkəsini orta əsrlər dəyərləri ilə idarə etməyə qalxırsa... Şübhəsiz, Xamanei kimi adam bütün bunları çox yaxşı bilirdi. Məni onu ciddi bir intelektual kimi tanıyırdım. Qərb ədəbiyyatını, xüsusən Sartrı yaxşı oxumuşdu. Görünür, solçu olduğu üçün... Hərçənd ateist idi Sartr... “Səfillər”i dünyanın ən yaxşı kitablarından sayırdı və s.

Bilməyənlər üçün bir maraqlı fakt da deyim. Xameneinin soyadı ilə bağlı mübahisəli məqamlar var. Onun əsli Xamnə kəndindəndir. Əslində, biz ona öz dilimizin qaydalarına uyğun – Xamnəyi deməliyik. Axundov da bu kənddən idi. Yadınızdadırsa, rəhmətlik Heydər Əliyevlə görüşdə Xəzər dənizinə “Mazandaran gölü” dedi. Bu ifadənin özündə də Azərbaycanın müstəqilliyinə bir aşağılayıcı münasibət vardı. Heydər Əliyev bu məqamı çox ustalıqla tutdu və dərhal etirazını bilidirdi. Dedi, dünyanın heç bir yerində “Mazandaran gölü” demirlər, ya Kaspi deyirlər, ya Xəzər. Sonra da cavab olaraq Axundovun adını çəkdi. Xamenei “Hə, eşitmişəm” deyib söhbətdən yayınmağa çalışdı. Əslində isə çox gözəl tanıyırdı.

Arzulayardım ki, Azərbaycan insanları dini fatalizmin, xurafatın yanında olmasınlar. Mənim heç kimin dini və inancı ilə işim yoxdur, lakin dini biz mənəvi kateqoriya kimi saxlamalıyıq. Onun vasitəsi ilə kənar adamların həyatına, yaşayışına, azadlığına müdaxilə etməməliyik. Daha çox din adamları arasında görmüşəm ki, adamların şəxsi həyatına, hətta bəzən intim dünyasına müdaxilə edirlər... Bu yolverilməzdir. Dövlət səviyyəsində siyasətə çevriləndə isə fəlakətlidir. Arzu edərdim ki, İranda heç olmasa ölkə əhalisinin 40-50 faizini razı salan bir dövlət qurulaydı. İnsanların azadlığını bu qədər təhdid altında saxlamaq olmaz. İran nə Əfqanıstandır, nə də İraq, çox qədim tarixə və mədəniyyətə malik bir coğrafiyadır. Ədəbiyyatı, kinosu çox inkişaf edib. Yəni, istər farsdillilərin, istərsə də bizim soydaşlarımızın gözəl bir ölkə yaratmaq potensialı yüksəkdir. Belə olarsa, qonşularla münasibət də normal hala gələr, gözümüzü açıb səbəbsiz bombardmanlar görmərik.

Xalqdan gizlədilən dəhşətli statistikalar...

– Totalitar cəmiyyətlərdə bütün rəsmi məlumatlar yalandır. Yəni, heç vaxt heç bir tale yüklü hadisə haqda dəqiq məlumat vermirlər. Məsələn, İrandakı azərbaycanlıların sayı barədə heç vaxt dəqiq məlumat verilmir. Açıq cəmiyyətlərdə informasiya mübadiləsi gedir və xəbər istehsalının faiz nisbət var. Totalitar cəmiyyətlərdə hər şey gizlədilir. Məsələn, Çernobıl hadisələri vaxtı SSRİ heç kimə məlumat vermədi, alman lokatorları bir də onda xəbər tutdu ki, Yer kürəsi zəhərlənir. Bundan sonra isə partlayışın şiddəti barədə dürüst rəqəmlər vermədilər, ona görə Qərb mütəxəssislərinin fəlakətin qarşısını alması xeyli uzun çəkdi.

İndi İranda məktəbə bomba düşüb, statistika açıqlanır, lakin heç kim buna inanmır. Bir şəkil yaydılar, o da feyk çıxdı. Süni intellekt özü on-on beş detalı sayaraq şəkilin proqram vasitəsi ilə hazırlandığını bildirdi. Ölən uşaların sayını 160 dedilər, şəxsən mən inanmadım. Çünki bu rəqəmlər həmişə yalan olub. Hətta düz söyləsələr belə, şübhələnmək haqqımız var. Fars təbliğatına uyan insanlara deyirəm ki, bir az beyin işlədin. Əlbəttə, mən fars deyəndə onların sənətini, xüsusən, kinosunu nəzərdə tutmuram. Söhbət şovinist siyasətçilərdən gedir. İran kinosunun özü dəfələrlə siyasi rejimi tənqid edib. Ən böyük rejissorlarından olan Kann mükafatçısı Cəfər Pənahiyə ev dustaqlığı vermişdilər. Bir ara kino çəkməyinə qadağa qoymuşdular. Hətta siyasi məzmun daşımayan filmlərdən də qorxurlar. Şeirlərdən, yazılardan, aşıqlardan qorxurlar. Aşıqları böyük səhnələrə buraxmırlar.

İnsanların inamından, imanından sui-istifadə edirlər, zəif damarlarını tapıb ordan təsir göstərirlər. Bütün totalitar sistemlər aldatmaqla məşğuldur. Total düşüncəyə işləyən bütün mövzularla... Vətənpərvərlik, torpaq, şəhid, qazi... Bizdə də bir çox məmurlar Qarabağ mövzusu ilə manipulyasiya edir. Bu aldatmaların ən böyüyü dinlə aldatmadır. İnsanların səmimi hisslərindən insafsızcasına istifadə edirlər. Bəzən bu hisslər ifrat həddə çatır, ağıl və məntiqi tamam üstələyir, adamlar zombiyə çevrilir. Belələri üçün terror törətmək, qan tökmək çox asandır.

İndi mən sizə bəzi statistik göstəricilərdən danışmaq istəyirəm. 2026-cı ilin keçən iki ayı ərzində etiraz aksiyalarında orta hesabla 4-6 min nəfər həlak olub. Bu internet bazalarından, İranın öz rəsmi saytları da daxil olmaqla götürülən rəqmlərin orta göstərizcisidir. 20-30 min yazanalar da var. İttihamsız, istintaqsız, məhkəməsiz öldürülüblər. Heç bir müzakirə də doğurmayıb. Və bizdə elə admlar var, sosial şəbəkələrdə yazırlar ki, əcəb ediblər, onlar hamısı İsrail agentləridir. Təsəvvür edirsiniz? Stalin də belə etmirdimi? Öldürdüklərinə pantürkist, panislamist damğası vurmurdum? Hitler necə? “Ali irqin yaranmasına mane olan adamları” güllələmirdimi? Bəs onda məhkəmə, istintaq orqanları nə üçündür?

2022-ci il etirazlarında öldürünlərin sayı 500-600 nəfərdir. 2019-cu ildə benzinin qalxmasına görə etiraz edənlər arasında 1500-ə qədər adam öldürüldü. Siyahını uzatmaq olar.

İndi gəlin məhkəmələrin qərarı ilə edam olunan insanların sayına baxaq: 2025-ci ildə mindən artıq, 2024-cü ildə minə yaxın, 2023-cü ildə 800-dən artıq və s. Son otuz ildə isə 25 min nəfərə yaxın adam edam olunub. Və bu işləri dünyəvi, sivil qanunlarla araşdırsaq, görərik ki, 95 faizi öldürülməyə bilərdi. Yaxud ali ruhani lider bu edamları başqa cəza ilə əvəz edə, əfv edə bilərdi. İslam budurmu? İslam belə bir dindirsə, mən ondan imtina edərəm. Belə din şəxsən mənə lazım deyil. Mənim bildiyim islam belə ədalətsizlik etmir. İmam Əli, İmam Hüseyn belə etməyib. İmam Hüseyn Aşura gecəsi məşəlləri söndürüb ki, könüllü qurban getmək istəməyənlər uatanmdan qayıda bilsinlər. İmam Hüseyn adı ilə bu qədər insanın qanına batandan sonra məni bu işin müqəddəsliyinə inandırmaq mümkün deyil.

Efir qadağası qoyulan müğənnilər...

– Bu haqda rəsmi bir açıqlama yoxdur, hətta televiziyalar da heç bir açıqlama vermir, lakin mətbuatda siyahılar dolaşır. Görünür, mətbuata məqsədli şəkildə məlumat sızdırılır. Amma bunun prinsipi nədir? Niyə Aşıq Namiq? Niyə Vəfa Şərifova? Baləli... Başqa bir meyxanaçı olmazmı? Fərq nədir? Adama elə gəlir, siyahılar kiminsə şəxsi tapşırığı əsasında hazırlanıb. Gülıməli burasıdır ki, adı çəkilən müğənnilər deyilənləri təkzi edir. Hətta bir dəstə Afət Fərmanqızının başına toplaşıb, siyahını yayan saytları məhkəməyə vermək istəyir. Eyni zamanada, mədəni kularlarda artıq bu qadağaların tətbiq olunduğunu eşidirik.

Siyahıların məqsədi nədir, bilmirəm, efiri düzəltmək məqsədinin olmadığını isə dəqiq bilirəm. Efiri düzəltmək istəyən ilk növbədə onun azadlığının və müstəqilliyinin davasını aparar. Bu istiqamətdə heç bir cəhd görmürük. Bu vəziyyətdə ortaya bir sual çıxır: bayağı efiri bayağı müğənnilərdən qoruyursunuz? Bayağı adam çıxmayanda televizi bayağı olmur? Axı bir telekanal bünövrədən düzgün qurulsa, bayağı adamlar teleulduza çevrilə bilməz. Həm də axı bayağı sənətçilər bu siyahıdan qat-qat çoxdur, onlarla nə edəcəksiniz? Hər hansı bir qadağa siyahısının mətbuatda dolaşması repressiv mahiyyətlidir. Bunu elan etməyə nə ehtiyac var. Çağırmırsan bu adamları, olur-bitir. Efirin səviyyəsini qadıramq istəyiriksə, cəmiyyəti obyektiv əks etməsinin qeydinə qalaq, qadağalarıla iş düzələn deyil.

– Mükafat paylayan jurnalist...

– Bu kadra baxanda xeyli güldüm. Allah qapısını açsın o jurnalistin. Kefim xeyli açıdı. Göprünür, hərənin bir mükafat payladığını görüb, deyib, mən də birini verim. Lakin adamı heyrətləndirən məqam burasıdır ki, niyə prezidentin adından verir bu mükafatı? Küçədə bir uşaqdan soruşsa, ona izah edərdi. Yaxşı özü anlamır, bəs orda səs-küyü eşidənlər niyə başa düşmür? Mükafatı alan Mənzil Kommunal-İstismar Birliyinin sədr əvəzi də bilmir məsələni? Axı nəinki ölkə prezidenti, hətta bir bələdiyyə sədri, hətta bir sinif rəhbəri adından mükafat vermək olmaz. Özü də Gədəbəy kimi çoxlu ziyalılar, çoxlu sənətkarlar çıxmış bir rayonda.

Düzü, əvvəl bu çəkilişi zarafat bildim. Adam həbs olunanda anladım ki, iş ciddidir. Adamın həbsinə də ayrıca güldüm. Məncə, məsələni sadə bir proflaktik söhbətlə də həll etmək olardı. O sədr əvəzinə isə yağlı bir töhmət verirsən və soruşursan: sən bu zəka ilə insnalara necə xidmət edəcəksən?

Məsələnin faciəvi tərəfi isə budur ki, biz bu insanlar üçün kitab yazmaq istəyirik, film çəkmək istəyirik, teatr açmaq istəyirik. Bu insanlarla sabaha gedirik. Deyəsən, vəziyyətimiz düşündüyümüzdən də qəlizdir. Əyalətdə bax vəziyyət budur. Ağlına, zəkasına şübhə etdiyin admlar var və hətta bunların bir çoxu yüksək vəzifələrdə işləyir.

– Yazıçılar günü...

– Bəli, 3 mart Beynəlxalq Yazıçılar gündür. Bu gün dünyanın bütün qələm admalarını birləşdirən və onların hüquqlarını qoruyan Pen-Klub fəaliyyətə başlayıb. Bakı mühitində həmişəki kimi yüngülvari qeyd olundu. Biz də “Yazıçı Postu” olaraq mütləq reaksiya verməli idik. Mən Azərbaycan yazıçısının vəziyyəti haqqında çox qısaca bir təsbit vermək istəyirəm: dövlətin himayəsində yaşayan yazıçılar – ki, bu seçim xeyir siyasidir – yağ içində böyrəş kimi yaşayırlar, azadlığını qoruyan, hətta qismən qoruyan yazıçılar isə maddi çıxıntılar içində qalıblar, paradoks isə bundna oibarətdir – dövlətin himayəsində yaşayanlar yaza, azadlığını qoruyanlar isə yaşaya bilmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
www.bakupost.az

1Источники