RU

Məşhur şirkət yeni ağıllı qış təkərlərini təqdim etdi FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Təkər sənayesinin aparıcı brendlərindən biri olan “Nokian Tyres” temperaturdan asılı olaraq formasını dəyişən yeni ağıllı qış təkərini təqdim edib.

Avtosfer.az xəbər verir ki, şirkət qış təkərləri texnologiyasında yenilik hesab olunan “Nokian Hakkapeliitta 01” modelini ictimaiyyətə təqdim edib. Bildirilir ki, bu model dünyanın ilk adaptiv tıxaclı qış təkəri hesab olunur və tıxaclar hava temperaturuna uyğun olaraq avtomatik şəkildə tənzimlənir.

Şirkətin açıqlamasına görə, yeni texnologiya qış şəraitində sürücülük təhlükəsizliyini daha da artırmaq məqsədi daşıyır. Təkərdə istifadə edilən xüsusi adaptiv təbəqə texnologiyası sayəsində tıxaclar heç bir xarici müdaxilə olmadan hava şəraitinə uyğun olaraq mövqeyini dəyişir.

Mütəxəssislərin sözlərinə görə, texnologiya temperatur dəyişikliklərinə həssas olan xüsusi material üzərində qurulub. Hava temperaturu aşağı düşdükdə və təkər soyuduqda alt təbəqə sərtləşir və tıxacları xaricə doğru itələyir. Bu isə buzlu və qarlı yollarda maksimum tutuş təmin edir.

Temperatur yüksəldikdə isə həmin təbəqə yumşalır və tıxaclar yenidən təkərin daxilinə doğru çəkilir. Bu da quru asfalt üzərində təkərin lazımsız aşınmasının qarşısını alır və daha sakit sürüş təmin edir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
avtosfer.az

1Источники