RU

Castin həmin videoya görə məhkəməyə üz tutdu

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyaca məşhur müğənni Castin Timberleyk ABŞ-nin Nyu-York ştatındakı Saq-Harbor-Villec kəndinə qarşı məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.

Buna səbəb isə iki il əvvəl sərxoş halda avtomobil idarə etdiyi üçün tutulduğu zaman çəkilmiş videonun yayılmasının qarşısını almaqdır.

Timberleyk Hempton polisinin həmin videonu ictimaiyyətə təqdim etməsini dayandırmaq istəyir. İddia ərizəsində o, 2024-cü ilin iyununda çəkilmiş videonun məxfi saxlanmasını xahiş edib. Müğənni sərxoş halda sükan arxasına keçməkdə şübhəli bilinmiş, yol hərəkəti qaydalarını pozmaq ittihamını qəbul etmiş və 25 saat ictimai iş cəzası almışdı.

Məhkəmə sənədlərinə görə, Sag-Harbor-Village polisi anonim media orqanının tələbinə cavab olaraq həmin gecənin səkkiz saatlıq videosunu, o cümlədən Timberleykin spirt testi keçdiyi və növbəti bir neçə saat həbsdə qaldığı görüntüləri təqdim etməyi planlaşdırırmış. Timberleykin vəkilləri bunun şəxsi həyata əsassız müdaxilə olduğunu bildirirlər.

Polis bəzi hissələri redaktə edəcəyini iddia etsə də, vəkillər hansı hissələrin yayımlanacağını bilmirlər və dərhal yayımlamanın qarşısının alınmasını, yaxud redaktəni əvvəlcə yoxlamaq imkanının təmin edilməsini tələb edirlər.

Məhkəmə hakimindən hələlik rəsmi qərar verilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
axsam.az

2Источники