RU

Hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ 

Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Избранный
73
28
azerbaijan-news.az

10Источники