RU

BDU da təhsil alan tələbələrin 68 faizi qadınlardır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 6 mart, AZƏRTAC

BDU-da təhsil alan tələbələrin 68 faizi, əməkdaşların 62 faizi qədərini qadınlar təşkil edir. BDU-nun Azərbaycan təhsilinin, elminin avanqardı olmasında xanım əməkdaşların elmi, pedaqoji potensialının mühüm yeri var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə deyib.

Prorektor vurğulayıb ki, Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə seçilib, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirib. Azərbaycan xanımının mərdliyi, dözümü, səmimiliyi, paklıq və sadəqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. Prorektor Azərbaycanın müsəlman Şərqində ilk dəfə qadınların hüquqlarını tanıyan, onlara seçmək və seçilmək hüququ verən dövlət olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq, övladlarının sabahı, Vətənimizin rifahı uğrunda səylə çalışırlar. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər bir xanım üçün nümunədir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, BDU-nun kafedra müdiri professor Mətanət Abdullayeva çıxışlarında ölkəmizdə qadınlara göstərilən yüksək diqqət, dəyər və qayğıdan danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
73
azertag.az

1Источники