RU

Onkoloji xidmət göstərmək üçün xüsusi təlimat hazırlanıb? - RƏSMİ CAVAB

Xəbər verdiyimz kimi, xərçəng xəstəliklərinin müalicəsinin özəl klinikalarda da aparılmasına başlanılacaq.

Bir müddət əvvəl Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd etmişdi ki, özəl sektorda onkoloji xidmət göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb.

Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək.Bəs özəl tibb müəssisələrinin onkoloji xəstələrin müalicəsini həyata keçirməsi ilə bağlı hazırlanması nəzərdə tutulan təlimatların tətbiqinə nə vaxt başlanılacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a Səhiyyə Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı prosses hələ də davam edir:

“Onkoloji xəstələrin müalicəsinin özəl tibb müəssisələrində həyata keçirilməsi ilə bağlı təlimat hazırlanma mərhələsindədir. Digər dövlət qurumları ilə razılaşdırıldıqdan və təsdiq edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Избранный
79
1
cebheinfo.az

2Источники