Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.