RU

Türkiyə İrana NECƏ CAVAB VERƏCƏK?-Şuşa Bəyannaməsi GÜNDƏMDƏ

Naxçıvanda baş verənlər hələ də diqqət mərkəzindədir. İranın regionda endirdiyi son hərbi zərbələr, Naxçıvanın təhlükəsizliyi və regional sabitlik məsələsini gündəmə gətirib. Tarixi müqavilələr və iki ölkə arasında mövcud hərbi müttəfiqlik çərçivəsində Türkiyənin bu vəziyyətə necə reaksiya verəcəyi maraq doğurur. Bəs, Naxçıvanın müdafiəsində Türkiyənin konkret rolu nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, Naxçıvanın təhlükəsizliyi tarixi müqavilələrlə tənzimlənir:


Onun sözlərinə görə, 1920-ci illərdə Naxçıvanın təhlükəsizliyi əsasən Moskva və Qars müqaviləsi ilə müəyyənləşdirilib.

Politoloq qeyd edib ki, son dövrlərdə Azərbaycan Naxçıvanın təhlükəsizliyinin təmin olunmasını daha çox öz üzərinə götürməyə çalışsa da, Türkiyə ilə münasibətlər bu məsələdə mühüm rol oynayır:

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər artıq hərbi müttəfiqlik səviyyəsindədir. Bu baxımdan Qars müqaviləsi müəyyən rol oynasa da, daha önəmli məqamlardan biri iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsidir. Həmin sənədə görə, tərəflərdən birinə üçüncü dövlət tərəfindən təcavüz təhlükəsi yaranarsa, bu məsələni birlikdə qiymətləndirərək addımlar ata bilərlər”.

F. Ələkbərli vurğulayıb ki, Türkiyə Naxçıvana qarşı mümkün hücumlara münasibət bildirəcək və məsələ Bakı ilə məsləhətləşmələr çərçivəsində müzakirə olunur.

Politoloqun fikrincə, ilkin mərhələdə siyasi və diplomatik addımların atılması daha real görünür:

“Türkiyə artıq İrana müəyyən xəbərdarlıqlar edib. Lakin bundan sonrakı addımlar Azərbaycanla məsləhətləşmələrdən sonra atılacaq. Əgər vəziyyət daha da ciddiləşərsə, həm Qars müqaviləsi, həm də Şuşa Bəyannaməsi çərçivəsində siyasi və hətta hərbi addımların atılması istisna edilmir”.

Ekspert hesab edir ki, Azərbaycan və Türkiyənin Naxçıvanla bağlı məsələlərdə birgə mövqe nümayiş etdirməsi gözləniləndir. Buna baxmayaraq, proseslərin inkişafının əsasən diplomatik və siyasi müstəvidə həllinə üstünlük veriləcəyi ehtimal olunur.

Müşviq Tofiqoğlu


Избранный
100
2
azia.az

3Источники