RU

Moskvanın qisası: Rusiya kəşfiyyatı ABŞ-a qarşı İranın tərəfinə keçdi

ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatların yeddinci günündə Rusiyanın münaqişədəki gizli rolu ifşa olunub.

Musavat.com
xəbər verir ki, "The Washington Post" (WP) qəzeti amerikalı rəsmi mənbələrə istinadən Rusiyanın ABŞ hərbi gəmiləri və təyyarələrinin koordinatlarını Tehrana ötürdüyünü yazıb.

Məqalədə qeyd olunur ki, Moskva Yaxın Şərqdəki Amerika qüvvələrinin, o cümlədən beşinci donanmanın qərargahı və mərkəzi bazaların yerləşdiyi nöqtələr barədə dəqiq peyk və kəşfiyyat məlumatlarını İran tərəfi ilə bölüşür. İranda cəmi bir neçə hərbi peykin olduğu və öz peyk qruplaşmasının mövcud olmadığı bir vaxtda, Rusiyanın bu yardımı Tehranın raket və PUA zərbələrinin dəqiqliyini kəskin artırır.

Ekspertlər bu dəstəyi Rusiyanın ABŞ-a Ukraynadakı hərbi yardımları üçün verdiyi "kəşfiyyat cavabı" kimi qiymətləndirirlər. WP qeyd edir ki, bu məlumatlar sayəsində İran ABŞ-ın regiondakı radar sistemlərinə və strateji obyektlərinə daha effektiv zərbələr endirmək imkanı qazanır. Maraqlıdır ki, ABŞ Müdafiə naziri Pit Heqset əvvəlki bəyanatlarında Rusiya və Çinin bu münaqişədə "heç bir rol oynamadığını" bildirsə də, yeni kəşfiyyat faktları bunun əksini sübut edir. Hazırda Çinin belə bir yardım göstərməsinə dair heç bir əlamət yoxdur.

Musavat.com

Избранный
70
35
musavat.com

10Источники