RU

Ərdoğan İranla bağlı xəbərdarlıq etdi

BAKI, 6 mart. TELEQRAF

Türkiyə Prezizidenti Rəcəb Tayyip Ərdoğan İtaliya Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, liderlər Türkiyə-İtaliya münasibətlərini, həmçinin regiondakı münaqişəli prosesin gedişi başda olmaqla qlobal məsələləri müzakirə ediblər.

Prezident bildirib ki, Türkiyə İranda baş verən hadisələri və onların regiona təsirini yaxından izləyir və sabitliyi poza biləcək addımlardan çəkinilməsi üçün tərəflərə lazımi çağırışlar olunub.

Ərdoğan vurğulayıb ki, Türkiyə diplomatiya mühitinin gücləndirilməsinin tərəfdarıdır və bunun üçün beynəlxalq ictimaiyyət birlikdə çalışmalıdır. Onun sözlərinə görə, davam edən münaqişə qlobal təhlükəsizliyi də təhlükə altına sala biləcək risklər daşıyır.

Prezident həmçinin qeyd edib ki, region və dünyada baş verən münaqişələr NATO müttəfiqlərinin, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığını artırmasının vacibliyini bir daha göstərir.

Избранный
38
teleqraf.com

1Источники