RU

Qarabağ , Neftçi və Kəpəz cərimələndi

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" – "Sumqayıt" oyununda "Kəpəz" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Kəpəz" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sumqayıt" komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" – "Sumqayıt" oyununun 62-ci dəqiqəsində "Sumqayıt" komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" – "Neftçi" oyununda "Neftçi" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" – "Neftçi" oyununun 90+4-cü dəqiqəsində "Neftçi" komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 51.1);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" – "Neftçi" oyununda "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda "Neftçi" komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər "Neftçi" komandası tərəfindən qarşılansın (maddə 86);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Turan Tovuz" – "İmişli" oyununda "Turan Tovuz" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);.

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" – "Sabah" oyununda "Qarabağ" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Qarabağ" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" – "Sabah" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Qarabağ" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
166
6
sport24.az

10Источники