RU

"ABB" Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Bakı. Trend:

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən "ABB"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.

"ABB" “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib.Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvimaliyyə institutu” adını da qazanıb.

Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemindəgələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar”forumu zamanı "ABB"yə təqdim olunub.

Qeyd edək ki, "ABB" son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisiolub.

Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiqedir.

"ABB"nin müasir, faydalı və universal məhsul və xidmətləribarədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmiinternetsəhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkəsəhifələrindən əldə etmək mümkündür.

Избранный
31
10
az.trend.az

10Источники