RU

“Telegram”da milli zəmində nifrət yayan şəxs barəsində CİNAYƏT İŞİ AÇILDI – VİDEO

Rusiyada milli zəmində nifrət yayan şəxs barəsində cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Orenburq vilayəti üzrə idarəsi məlumat yayıb.

İstintaq orqanları tərəfindən Rusiya Federasiyası vətəndaşına qarşı ekstremist fəaliyyətə açıq çağırışlar faktı üzrə cinayət işi başlanıb.

Federal Təhlükəsizlik Xidmətinin Orenburq vilayəti üzrə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Orenburq şəhər sakini müəyyən edilib.

Müəyyən olunub ki, həmin şəxs müəyyən bir milli qrupa qarşı nifrət və düşmənçilik bəsləyərək, onlara qarşı fiziki zorakılığın tətbiq edilməsinin, onların hüquq və azadlıqlarının pozulmasının tərəfdarı kimi çıxış edib.

O, bu məqsədlə “Telegram” messencerindəki kanallardan birində ekstremist fəaliyyətə açıq çağırışları ehtiva edən mətnli şərhlər yerləşdirib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qanunsuz fəaliyyətin bütün hallarının sənədləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
139
interpress.az

1Источники