BAKI, 6 mart. TELEQRAF
Moldova İranın dünən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələri pisləyir.
Teleqraf xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoi bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.