RU

Andres İnyesta Mərakeş yolunda: Danışıqlar davam edir

Dünya futbolunun canlı əfsanəsi, "Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyestanın Mərakeş futbol millisinin texniki direktoru vəzifəsinə gətiriləcəyi ilə bağlı iddialar gündəmi zəbt edib.

İdman.Biz xəbər verir ki, Mərakeş Futbol Federasiyası ispaniyalı mütəxəssisi bu məsuliyyətli posta gətirməkdə israrlıdır. Hazırda tərəflər arasında danışıqlar aktiv şəkildə davam etdirilsə də, məsələyə hələlik nöqtə qoyulmayıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında peşəkar futbolçu karyerasını başa vuran İnyesta artıq məşqçilik kurslarını tamamlamaq üzrədir. Mərakeş tərəfi onun böyük təcrübəsindən xüsusilə gənclərin inkişafı və milli komandanın texniki strukturunun qurulmasında yararlanmaq istəyir.

İdman.Biz
Избранный
15
2
idman.biz

3Источники