RU

Qış Paralimpiya Oyunlarında körlinq yarışı üçün nəzərdə tutulan daşlar oğurlanıb

İtaliyada keçirilən Qış Paralimpiya Oyunlarında körlinq yarışları üçün nəzərdə tutulan iki daş oğurlanıb.

“İki sahil” xəbər verir ki, hadisə martın 2-də Kortina-d'Ampetso şəhərindəki olimpiya stadionunda avadanlıqların planlı yoxlanışı zamanı aşkar edilib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Oğurlanan daşlar daha əvvəl Olimpiya Oyunlarının dabl-miks turnirində istifadə olunub.

Ümumdünya Körlinq Federasiyası insidentin yarışın gedişatına təsir etmədiyini təsdiqləyib. Qurumdan bildirilib ki, hazırda dəstdəki ehtiyat daşlardan istifadə olunur və onlar digərləri ilə uyğunlaşdırılıb.

Qeyd edək ki, təkərli kürsüdə körlinq turnirinə martın 4-də start verilib. Milan və Kortina-d'Ampetsoda təşkil olunan Qış Paralimpiya Oyunlarının rəsmi açılışı isə bu gün baş tutacaq. Yarış martın 15-dək davam edəcək.

Избранный
60
2
ikisahil.az

3Источники