RU

ABŞ İsraildəki amerikalıları Misirdən keçərək ölkəni təcili tərk etməyə çağırıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamenti İsraildəki amerikalıları Ben Qurion Hava Limanından 8 martda başlayacaq repatriasiya uçuşlarını gözləməməyə və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ölkəni Misirdən quru yolu ilə daha tez tərk etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə departamentin saytında bildirilib.

"Ben Qurion Hava Limanı məhdud sayda gələn uçuşlar üçün yenidən açılacaq. Hava uçuşlarının nə vaxt mümkün olacağı barədə hələlik məlumatımız yoxdur. Kommersiya uçuşlarının yola düşdüyü Misirin Taba şəhərinə quru marşrutları fəaliyyət göstərir. Amerikalılar bu marşrutla ölkəni tərk etməyi ciddi şəkildə düşünməlidirlər", - deyə bəyanatda bildirilir.

Daha əvvəl İsrailin nəqliyyat naziri Miri Regev 28 fevraldan bəri bağlı olan Ben Qurion Hava Limanından ilk sərnişin reyslərinin 8 mart bazar günü fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
132
bizimyol.info

1Источники