
“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüş Ağ Evdə MLS çempionu “İnter Mayami” klubu üçün keçirilən qəbul çərçivəsində baş tutub.
Argentinalı futbolçu Trampla birlikdə tədbir zalına daxil olub. Tramp Messiyə müraciət edərək, onu Ağ Evdə qarşılayan ilk ABŞ prezidenti olduğum üçün qürur duyduğunu bildirib.
“Lionel Messini Ağ Evdə qarşılayan ilk ABŞ prezidenti olduğum üçün qürur duyuram. Oğlum sənin böyük fanatındır. O, səni əla insan hesab edir. Bir də Kriştianu Ronaldo adlı əla bir centlmen var. Kriştianu əladır, sən də əlasan”, - Tramp qeyd edib.
Tramp Messinin komandaya ilk gəldiyi vaxtlardan da bəhs edib.
“Messi komandaya gələndə böyük ajiotaj var idi. Komandadakı bütün oyunçular arasında ən çox Messi təzyiq altında idi. Çünki hamı ondan həmişə qalib gəlməsini gözləyirdi. O, yenidən əsl çempion olduğunu sübut etdi və ABŞ-də titul qazandı”, - Tramp bildirib.
Tramp həmçinin Messini əfsanəvi braziliyalı hücumçu Pele ilə müqayisə edib.
“Deyirlər ki, Pele əla futbolçu idi. Deyin görək, kim daha yaxşıdır: Pele, yoxsa Messi? Bəlkə Messi Peledən daha yaxşıdır?” - Tramp qeyd edib.
Daha sonra Messi Trampa klub oyunçularının imzası ilə “İnter Mayami”nin topunu hədiyyə edib. Klubun həmsahibi Xorxe Mas və baş məşqçi Xavyer Maskerano prezidentə klub formasını və saatını hədiyyə ediblər.

