RU

Azərbaycan parapauerliftinqçiləri Tbilisidə Avropa Açıq çempionatında iştirak edəcəklər

Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qüvvələrini sınayacaqlar.
 
Moderator.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, yarış martın 6-dan 12-dək davam edəcək.
 
Turnirdə kişi idmançılardan Elcan Səmədzadə (49 kq), Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (97 kq) və İlhamiz Kərimov (+107 kq) mübarizə aparacaqlar.
 
Qadınların yarışında isə ölkəmizi Zəhra Dadaşova (61 kq) təmsil edəcək.
 
Избранный
13
3
moderator.az

4Источники