Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş ulduzu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu aviasiya karyerasında mühüm nailiyyət əldə edib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, uzun müddətdir pilot kimi fəaliyyət göstərən Yağmur Sarıoğlu artıq bir hava yolu şirkətində kapitan pilot vəzifəsinə yüksəlib. Bununla da o, peşəkar karyerasında yeni mərhələyə qədəm qoyub.
Bildirilib ki, Sarıoğlu çalışdığı aviaşirkətdə kapitan pilot statusu ilə uçuşlara başlayıb və ilk beynəlxalq səfərlərindən birini ABŞ istiqamətində həyata keçirib.
Maraqlı məqamlardan biri isə həmin uçuşlardan birində həyat yoldaşı Sabri Sarıoğlunun da onunla birlikdə olmasıdır. Cütlüyün birlikdə etdiyi bu səfər sosial şəbəkələrdə də geniş müzakirə olunaraq izləyicilərin diqqətini çəkib.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)
.jpg)
.jpg)