RU

İrana 11 milyard dollarlıq HÜCUM

ABŞ Pentaqonu İranla qarşı mübarizə üçün əməliyyatlar və sursatların maliyyələşdirilməsini sürətlə təmin etməyə çalışır. 

"Cebheinfo.az" bu barədə "The Wall Street Journal"-a istinadən yazır.

Rəsmi şəxslər Konqresdə təqdim olunacaq sorğuları nəzərdən keçirir , müdafiə podratçılarına kritik raket və digər silah növlərinin istehsalını sürətləndirməyi tövsiyə edirlər. 

Mənbələr bildirirlər ki, Pentaqon rəsmiləri ABŞ-nin son həftə ərzində İranla mübarizədə istifadə etdiyi sursatların təkrar doldurulması planlarını hazırlayır. Bu, Tramp administrasiyasının illik istehsal olunan raket sayını kəskin artırmaq səylərinin bir hissəsidir.

Konqres üzvləri və müdafiə sənayesi nümayəndələri Pentaqonun müharibə ilə bağlı xərclər üçün maliyyə sorğusu göndərməsini gözləyirlər. Yeni maliyyələşdirmə "Patriot", "Tomahawk" və "Thaad" zenit-raket komplekslərinin alınmasına yönəldiləcək. Bunlar ABŞ və İsrailin hücumlarının başlanmasından bəri aktiv istifadə olunur.

Ekspertlərin qiymətləndirməsinə görə, İrana ilk dörd gün ərzində endirilən zərbələrin dəyəri təxminən 11 milyard dollar olub. Bu hesablamalar süni intellekt vasitəsilə aparılıb. 

Избранный
21
1
cebheinfo.az

2Источники