RU

Con Terri "Tottenhem"ə olan nifrətini etiraf etdi: "Uşaq vaxtı mənə etdiklərinə görə..."

"Çelsi"nin və İngiltərə millisinin əfsanəsi Con Terri uşaqlıqda "Tottenhem" azarkeşlərinin təhqirlərinə məruz qaldığını etiraf edib.

Fanat.Az xəbər verir ki, veteran müdafiəçi "Youtube"də yayımlanan "Big Pete" podkastının son bölümündə hisslərini gizlətmədən "Tottenhem"ə bütün qəlbi ilə nifrət etdiyini bildirib.

"Mən "Tottenhem"ə nifrət edirəm. Bunu gizlətmirəm. Mən hələ uşaq idim, "Tottenhem" azarkeşləri mənə qışqırır və əşyalar atırdılar. Bu, mənim yaddaşımda həmişəlik qaldı. O vaxtdan bəri uşaqlıqda mənə etdiklərinə görə onlardan nifrət edirəm".

46 yaşlı Terri karyerasına "mavilər"in akademiyasında başlayıb, 2000-ci ildə isə əsas komandaya qoşulub. O, demək olar, bütün karyerasını London klubunda (2017) keçirib.

Keçmiş müdafiəçi "zadəganlar"ın heyətində ümumilikdə 717 oyun keçirib, 67 qol vurub və 29 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
20
1
fanat.az

2Источники