RU

A seriyasında ayın futbolçusu seçildi

style='margin-bottom:10px;'>

İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu, “Roma”nın hücumçusu Donyel Malen olub.

Qalib azarkeşlərin onlayn səsverməsi və statistik göstəricilər əsasında müəyyənləşib.

26 yaşlı hücumçu səsvermədə Domeniko Berardi (“Sassuolo”), Marko Karnesekki (“Atalanta”), Federiko Dimarko (“İnter”), Moyze Kin (“Fiorentina”) və Ueston Makkennini (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, niderlandlı hücumçu fevralın ortalarında “Aston Villa”dan icarə əsasında “Roma”ya keçib. O, yeni komandasında çıxdığı ilk 7 oyunda 6 qol vurub.

Избранный
2
3
teleqraf.com

5Источники