RU

I Liqa: "Səbail" sabiq baş məşqçisinə qarşı

Azərbaycan I Liqasında XVII tur davam edir. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutacaq. 

Çempionluğa iddialı "Səbail" sabiq baş məşqçisi Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl"ın qonağı olacaq. Adil Şükürovun komandası Şamaxıdan qalib dönsə, pley-offa vəsiqə verən ikinci yerin sahibi "Baku Sportinq"lə xal fərqini 3-ə endirə biləcək. Liqada yerini qorumağa çalışan bölgə təmsilçisi isə rəqibini büdrətməyə çalışacaq. 

Günün digər qarşılaşmasında isə MOİK ilə "Difai" münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Şəfa" "Şahdağ Qusar"ı 2:1, "Mingəçevir" "Baku Sportinq"i 1:0, "Şimal" isə "Zaqatala"nı 4:3 hesabı ilə üstələyib.

Azərbaycan I Liqası
XVII tur
6 mart 

15.00. “Cəbrayıl” – “Səbail”
Hakimlər: Şamil İmanzadə, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. MOİK – “Difai”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə. Qəsəbə stadionu.

Избранный
88
1
fanat.az

2Источники