RU

ABŞ və Venesuela diplomatik münasibətləri bərpa etməyə razılaşıb

BAKI, 6 mart. TELEQRAF

ABŞ və Venesuelanın müvəqqəti hakimiyyət orqanları diplomatik və konsulluq münasibətlərinin yenidən qurulması barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, bu addım Venesuelada sabitliyin möhkəmləndirilməsi, iqtisadi bərpanın dəstəklənməsi və siyasi barışığın təşviqinə yönəlmiş birgə səyləri asanlaşdıracaq.

ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, Vaşinqtonun əsas məqsədi Venesuelada demokratik seçkilərlə formalaşacaq hökumətə dinc keçid üçün şərait yaratmaqdır.

Məlumata görə, son aylarda tərəflər arasında gərginliyin artmasından sonra ABŞ yanvar ayında Venesuela prezidenti Nikolas Maduronu saxlayıb. Bundan sonra ölkədə siyasi dəyişikliklər baş verib və Delsi Rodriges müvəqqəti prezident kimi and içib.

Qeyd olunur ki, həmin hadisələrdən sonra Vaşinqton və Karakas arasında ikitərəfli münasibətlər tədricən bərpa olunmağa başlayıb.

Избранный
62
7
teleqraf.com

8Источники