RU

Həkim zəif immunitetin əsas əlamətlərini açıqladı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dəri problemləri, limfa düyünlərinin böyüməsi və xroniki yorğunluq zəifləmiş immunitetin əsas əlamətlərindən hesab olunur".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı allerqoloq-immunoloq Nadejda İlyintseva deyib.

Mütəxəssisin sözlərinə görə, immun sisteminin əsas vəzifəsi orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaqdır. Xarici təhlükələrə mikroblarla yoluxma və toksinlərlə zəhərlənmə, daxili təhlükələrə isə degenerasiyaya uğrayan hüceyrələr və aqressiv autoimmun komplekslər daxildir.

"İmmun sistemi normal işlədikdə insan nadir hallarda yoluxucu xəstəliklərə tutulur, allergik və autoimmun proseslər baş vermir, şişlər inkişaf etmir. Bundan əlavə, təsadüfi travmalar, yanıqlar və digər zədələnmələr də tez və fəsadsız sağalır", - deyə həkim bildirib.

Həkim qeyd edib ki, immunitetin zəifləməsi ilk növbədə xəstəliklərə tutulma tezliyinin artması ilə özünü göstərir. Bu zaman infeksiyalar xroniki formaya keçə və artıq mövcud olan xroniki xəstəliklər daha tez-tez kəskinləşə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
oxu.az

1Источники