RU

ABŞ və Venesuela diplomatik münasibətləri bərpa etdilər

ABŞ və Venesuela diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin saytında məlumat verilib.

"ABŞ və Venesuelanın müvəqqəti hakimiyyət orqanları diplomatik və konsulluq münasibətlərinin bərpası barədə razılığa gəliblər. Bu addım sabitliyin təşviqi, iqtisadi dirçəlişin dəstəklənməsi və Venesuelada siyasi barışığın irəlilədilməsi istiqamətində birgə səylərimizə töhfə verəcək", - məlumatda bildirilib.

Dövlət Departamenti qeyd edib ki, ABŞ demokratik yolla seçilmiş hökumətə dinc keçid üçün şərait yaradan mərhələli proses vasitəsilə Venesuela xalqına yardım göstərilməsinə diqqət yetirəcək.

Избранный
77
7
publika.az

8Источники