RU

Rusiya mediası Prezidentin İranın dron hücumu ilə bağlı bəyanatından yazır

Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İranın Azərbaycana qarşı törətdiyi terror aktını fəal şəkildə işıqlandırır.

Publika.az xəbər verir ki, Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana dron hücumunu terror aktı adlandırdığını və günahkarların məsuliyyətə cəlb edilməli olduğunu bildirdiyini yazır. Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı rəsmi üzr istəməsini tələb edib və orduya cavab tədbirləri hazırlamağı tapşırıb.

TASS xəbər verir ki, dronlar Naxçıvan Muxtar Respublikası ərazisində, o cümlədən hava limanı və təhsil müəssisəsinin yaxınlığına düşüb. Agentliyin məlumatına görə, Bakı İran tərəfinə qəti etirazını bildirib və hadisə ilə bağlı lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.

“İnterfaks” agentliyi qeyd edir ki, iclasda Azərbaycan Prezidenti ölkənin silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan edib və ordunun və digər təhlükəsizlik qüvvələrinin zəruri hallarda istənilən əməliyyatı həyata keçirməyə hazır olmalı olduğunu bildirib. Agentlik, həmçinin Azərbaycan hakimiyyət orqanlarına istinadən bildirib ki, rəsmi Bakı cavab addımlar atmaq hüququnu özündə saxlayır.

“Kommersant” nəşri xəbər verir ki, dron hücumu nəticəsində Naxçıvan Hava Limanı terminalı da daxil olmaqla infrastruktura ziyan dəyib və buna görə də onun işi qismən dayandırılıb.

Избранный
21
4
publika.az

6Источники