RU

Tramp: İranda əməliyyat gözləniləndən sürətlə gedir

BAKI, 6 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat planlaşdırılan qrafikdən daha sürətlə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri İsrailli tərəfdaşlarla birlikdə əməliyyatı davam etdirir və qarşı tərəfin hərbi imkanlarını sürətlə məhv edir.

“ABŞ Silahlı Qüvvələri möhtəşəm israilli tərəfdaşlarımızla birlikdə düşməni tam şəkildə məhv etməyə davam edir və bunu planlaşdırılandan xeyli daha sürətlə həyata keçirir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, hərbçilər demək olar ki, hər saat zərbələr endirir.

Избранный
92
teleqraf.com

1Источники