RU

“Prezidentə göylərdən hikmət ver” – Tramp üçün Oval kabinetdə dua oxundu

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ölkənin müxtəlif ştatlarından gəlmiş pastorlarla birlikdə dua mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Dan Scavino sosial şəbəkədə kadrlar paylaşaraq məlumat verib.

Bildirilib ki, mərasim Oval kabinetdə baş tutub və pastorlar prezident üçün xüsusi dua ediblər. Onlardan biri çıxışında belə deyib: “Bu gün Sənin qarşında dayanmaq və prezidentimizin üzərinə əllərimizi qaldırmaq bizim üçün böyük şərəfdir. Dua edirik ki, Sənin daimi xeyir-duan və mərhəmətin onun üzərində olsun. Göylərdən gələn hikmət onun qəlbini və düşüncəsini doldursun və Sən, Rəbbim, bu çətin dövrlərdə ona yol göstərəsən”. 

Pastor çıxışında həmçinin ABŞ prezidentinin güclü qalması, ölkəyə rəhbərlik etmək üçün lazım olan qüvvəni əldə etməsi və ABŞ Silahlı Qüvvələrində xidmət edən hərbçilərin qorunması üçün də dua edildiyini bildirib.

 

Musavat.com

Избранный
67
musavat.com

1Источники