RU

Azərbaycanlı döyüşçülərdən qaçış yoxdur: Rafael Fiziyevdən sonra növbə Tofiq Musayevindir

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayevin UFC-dəki növbəti sınağı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Fanat.Az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, 36 yaşlı idmançımız martın 28-də ABŞ-nin Sietl şəhərində keçiriləcək "UFC Seattle" turnirində oktaqona çıxacaq.

İddialara əsasən, yüngül çəki dərəcəsində (70 kq) mübarizə aparan təmsilçimizin rəqibi çilili idmançı İqnasio Bahamondes olacaq. Hələlik təşkilat tərəfindən rəsmi təsdiqini tapmayan bu görüş reallaşarsa, Musayev üçün karyerasının ən vacib sınaqlarından birinə çevriləcək.

28 yaşlı "Qəfəs" (La Jaula) ləqəbli İqnasio Bahamondes Azərbaycan MMA azarkeşlərinə heç də yad ad deyil. Belə ki, çilili idmançı sonuncu dəfə 2025-ci ilin iyun ayında Bakıda keçirilən "UFC Baku" turnirinin əsas döyüşlərindən birində digər həmyerlimiz Rafael Fiziyevə qarşı mübarizə aparıb. Üç raund davam edən və olduqca gərgin keçən həmin döyüşdə Fiziyev hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı. Bahamondes Fiziyevlə qarşılaşmaya qədər ardıcıl üç qələbəlik seriya ilə diqqət çəkirdi və olduqca təhlükəli rəqib hesab olunur.

Qeyd edək ki, "Climate Pledge" arenasında baş tutacaq "UFC Seattle" turnirinin əsas döyüşünün orta çəki dərəcəsində sabiq çempion İsrael Adesanya ilə Co Payfer arasında keçirilməsi planlaşdırılır.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
fanat.az

2Источники