RU

Hindistanın hərbi təyyarəsi radarlardan itdi

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytnantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.

Axtarış-xilasetmə işləri davam edir./Report


Telegram kanalımız
Избранный
59
6
yenisabah.az

8Источники