RU

Tramp kürdlərin İrana qarşı əməliyyata qoşulması ideyasını DƏSTƏKLƏDİ

ABŞ Prezidenti Donald Tramp kürd silahlı qüvvələrinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara qoşulması ideyasını dəstəklədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə Reuters agentliyinə müsahibəsində danışıb. ABŞ lideri kürd qüvvələrinin mümkün iştirakını şərh edərkən bunu müsbət qiymətləndirdiyini deyib.

“Onların bunu etmək istəməsini çox yaxşı hesab edirəm”, – deyə Tramp bildirib.

Bununla belə, Ağ Ev rəhbəri kürd qüvvələri əməliyyata qoşulacağı təqdirdə ABŞ-ın onlara hava dəstəyi verib-verməyəcəyi ilə bağlı suala konkret cavab verməkdən imtina edib.

“Bunu sizə deyə bilmərəm”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, son günlər ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi daha da artırıb. Kürd silahlı qruplaşmalarının bu əməliyyatlara cəlb olunması ehtimalı isə münaqişənin coğrafiyasının daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Sara

Избранный
17
nocomment.az

1Источники