RU

İRANDA HƏRBİ OBYEKT MƏHV EDİLİB TƏBRİZDƏ SEPAH-IN QƏRARGAHI HAVA ZƏRBƏSİ NƏTİCƏSİNDƏ TAM DAĞIDILIB » AzadMedia.az

İRANDA


İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbriz şəhərində yerləşən qərargahı hava zərbəsi nəticəsində tamamilə məhv edilib. Bu barədə “Voennıy obozrevatel” (“Hərbi icmalçı”) adlı Telegram kanalı məlumat yayıb.
Məlumata görə, obyektə endirilən aviazərbə nəticəsində qərargah ciddi dağıntılara məruz qalıb və hərbi infrastruktur tam sıradan çıxıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisində hərbi əməliyyatlara başlayıb. Zərbələr əsasən paytaxt Tehran və ölkənin digər iri şəhərlərini hədəf alıb. Hücumlardan dərhal sonra SEPAH genişmiqyaslı cavab əməliyyatına başladığını bəyan edib.

Bildirilir ki, İran tərəfindən İsrailə, eləcə də ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Избранный
19
1
azadmedia.az

2Источники