RU

Naxçıvana dronlarla hücum İranın terrorçu mahiyyətinin göstəricisidir  

 

ABŞ-nin və İsrailin İrana hücumları, İranın İsrailə və bir-neçə dövlətə hücumları davam edir. Azərbaycan döyüşlərin ilk vaxtlarından bəyan etdi ki, ərazisindən İrana heç bir hərbi təhlükə olmayacaq. 

Bu qətiyyətli bəyanat Azərbaycanın dövlət kimi bitərəfliyinin siyasi ifadəsi idi. Lakin İran İslam Respublikası Azərbaycana qarşı qərəzli informasiya hücumlarının davamında mart ayının 5-də günorta saatlarında hərbi cinayət törətdi. Naxçıvan aeroportuna və Babək rayonunun Şəkərabad kənd məktəbinin yaxınlığına dronla hücum etdi. Bu, nə qonşuluğa, nə dinc siyasi münasibətlərə, nə də insanlığa sığan deyil. Müdafiə Nazirliyi birmənalı şəkildə bildirdi ki, bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. 

Martın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gəlmiş, İranın ali dini liderinin həlak olmasına görə başsağlığı vermişdi. Bu ehtirama dron hücumu ilə cavab vermək İranın istər diplomatik tələblərə, istərsə də dini tələblərə münasibətinin səviyyəsinin göstəricisidir. Martın 5-də səhər saatlarında Azərbacana telefon zəngi edən İranın Xarici İşlər Nazirliyinin rəsmisi Livanda qalmış diplomatik korpusunun ordan çıxardılmasını xahiş etmişdi. Azərbaycan tam təmənnasız olaraq bu xahişi səmimiyyətlə yerinə yetirdiyi halda, İranın belə bir cinayət törətməsi namərdlikdir, nakişilikdir, bəşəri mövqenin “çeynənməsidir”. Naxçıvana dronlarla hücum İranın terrorçu mahiyyətinin göstəricisidir. Bu hadisəyə görə bir sıra dövlətlər İran İslam Respublikasının cinayətini pislədi. 

Azərbaycan Respublikası haqlı olaraq İranın qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməsini tələb edir.

İran bir dövlət kimi Azərbaycana, xalq kimi azərbaycanlılara qarşı düşmən münasibətindədir. İranda dini rejim azərbaycanlılara divan tutur, onları bütün hüquqlardan məhrum edib, daim təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb. Belə olan halda İran Azərbaycana dost, qardaş dövlətdirmi?

Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. 

Tarixən Azərbaycana hücum edən dövlətlər sonda məğlubiyyət acısı yaşayıb, bu təəssüfü İran da yaşayacaq...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Избранный
35
azerbaijan-news.az

1Источники