Sabah Ramazan ayının on altıncı günüdür.
NOCOMMENT.az xəbər verir ki, Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:41-də, iftar vaxtı saat 18:53-dədir.
On beşinci günün imsak duası:
“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”.
Tərcüməsi:
“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı””
İftar duası:
“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.
Tərcüməsi:
“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah”!
Allah orucunuzu qəbul etsin!