RU

Senat Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı səs verdi


Respublikaçıların rəhbərlik etdiyi ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, 47 senator lehinə, 53 senator isə əleyhinə səs verib ki, bu da qətnamənin Senat iclasına çıxarılması üçün lazım olan sadə çoxluqdan azdır.
Telekanalın qeyd etdiyinə görə, senator Con Fetterman respublikaçılara qoşularaq, qanun layihəsinin əleyhinə səs verən yeganə demokrat, senator Rend Pol isə demokratlara qoşularaq əleyhinə səs verən yeganə respublikaçı olub.
Избранный
28
yeniavaz.com

1Источники