RU

GUAM İranın Naxçıvana hücumlarını pisləyib

GUAM-ın Daimi Beynəlxalq Katibliyi İranın döyüş dronlarının Azərbaycan ərazisindəki mülki infrastruktura və obyektlərə nizamsız hücumlarını qətiyyətlə pisləyib.

Missiya.Az xəbər verir ki, bu barədə katibliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Biz Azərbaycan Respublikasının xalqına və hakimiyyətinə rəğbətimizi və həmrəyliyimizi ifadə edirik. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik və GUAM-a üzv dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən təhdid və çağırışlara qarşı durmaqda vahidik", - məlumatda qeyd olunub.

İlahə Qənbərli

Missiya.Az

Избранный
121
4
missiya.az

6Источники