RU

İranın Naxçıvana dron hücumu Azərbaycana qarşı terror aktıdır- ÖZƏL

"İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron hücumu etməsi həmin ölkənin Azərbaycana qarşı terror aktıdır. Mülki vətəndaşların istifadə etdiyi bir məkana qarşı edilən hücum molla rejiminin təxribatıdır. Xatırlatmaq istərdim ki,  Azərbaycandan İran tərəfə qarşı nəinki hazırda, demək olar ki, əvvəlki dövrdə də heç bir zaman təhlükə olmayıb. Ölkəmizin ərazisindən İrana qarşı hər hansı bir xarici qüvvələrin hərbi müdaxiləsinə imkan verilməyib. Azərbaycan həm sivil qonşuluq prinsiplərinə, həm də diplomatik etiketlərə riyaət edib.  Son hadisələr zamanı da mövcud diplomatik tendensiyalar və qonşuluq prinsipləri qorunub saxlanılıb". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Amma, lakin irticaşı, islami dəyərlərdən uzaq düşən molla rejimi belə münasibətləri nəinki dəyərləndirə bilmədi, əksinə zərbə vurdu. Bu da onu göstərir ki, İrandakı rejim, başıpozuq silahlı dəstələr  təxribatçı hərəkətləri ilə özlərinə qəbir qazırlar. İranın rəsmi strukturları bu terror aktına aydınlıq gətirməli, günahkarlar layiqli cəza almalıdır.
Azərbaycan tərəfi reallığı nəzərə alaraq bütün təxribatların qarşısını almağa hazır olmalıdır. Bu zəruri məqamı İrandakı molla rejimi dərk etməlidir ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı qəsd, düşmənçilik siyasəti bağışlanmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники