RU

"İranın bu əməli regionda gərginliyin artmasına xidmət edir" - Göydəniz Qəhrəmanov

İran tərəfindən Naxçıvana dron hücumundan artıq saatlar keçməsinə baxmayaraq, hələ də İran tərəfindən hücumla bağlı hələ də hər hansı bir açıqlama verilməyib.  


Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Manset.az-a açıqlamasında bildirib ki, Naxçıvan Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb yaxınlığına dronların düşməsi, nəticədə mülki şəxslərin xəsarət alması son dərəcə narahatedici haldır və qəbuledilməzdir:

“İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına həyata keçirilmiş dron hücumları qəti şəkildə pislənilməlidir. Mülki infrastrukturu hədəf alan bu cür addımlar beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir”.

Deputat qeyd edib ki, İran təcili formada məsələyə aydınlıq gətirməli və üzr istəməlidir:

“İran tərəfi baş vermiş hadisə ilə bağlı qısa müddətdə aydın və əsaslandırılmış izahat verməli, belə halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Azərbaycan dövləti öz ərazisinin təhlükəsizliyini təmin etmək və vətəndaşlarının həyatını qorumaq üçün beynəlxalq hüquqa uyğun bütün zəruri addımları atmaq hüququna malikdir”.

 

Fidan Vəlisoy 

Избранный
5
manset.az

1Источники