RU

“Şouları aparıcılar yaradırdı, qurban müğənnilər oldu” – Efir qadağası olan Səfərovadan etiraf

Efir qadağası qoyulan müğənnilər siyahısında yer alan Aygül Səfərova qərara münasibət bildirib.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, müğənni qərarla razılaşdığını və belə bir addımın zəruri olduğunu deyib.

“Bu siyahıda mən də varam. Siyahı nə dərəcədə düzgündür, bilmirəm. Əgər varamsa və şura belə qərar veribsə, biz kimik ki, qərarı dəyişək?
Ümumiyyətlə, efirlərin təmizlənməsinə ehtiyac var idi. Çünki həqiqətən də efirlər çox əndazədən çıxmışdı. Biz müğənnilərdən şou yaratmağımız tələb olunurdu. Biz də gündəmdə qalmaq üçün bunu edirdik. Saytlar yazsın deyə bütün kanallar bir-biri ilə yarışırdı. Aparıcılar da bir-biri ilə rəqabət aparırdı. Məsələn, səhər eyni saatda yayımlanan verilişlərin aparıcıları yarışırdı ki, görək verilişdən sonra neçə reytinq verdi.
Şoular yaradılırdı və bunu heç kim dana bilməz. Bu şouları aparıcılar yaradırdı, amma sonda qurban müğənnilər oldu.
Qadağanın nə qədər davam edəcəyini bilmirəm. Amma bundan sonra, təbii ki, efir qadağası götürülərsə, mahnılarımıza, danışığımıza və ümumiyyətlə hər şeyimizə daha çox diqqət etməliyik. Çalışacağıq ki, daha keyfiyyətli mahnılarla xalqa xidmət edək.
Mənim onsuz da öz biznesim və işim var, başım ona qarışıb. Mənə dəqiqəbaşı xəbərlər atmayın, heç qıcıqlanmıram. Bu lazım idi və qərar da verilib”.
Избранный
5
heftelik.az

1Источники