RU

İrandan Naxçıvana dron hücumu ilə bağlı ŞOK AÇIQLAMA - CANLI

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, XİN rəsmisi Azərbaycanın AnewZ kanalına açıqlamasında deyib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır.

Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır. Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 15.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Избранный
11
15
musavat.com

10Источники