RU

Səudiyyə Ərəbistanın İranın Azərbaycana PUA hücumunu pisləyib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı İranın Azərbaycana qarşı pilotsuz uçuşaparatları ilə həyata keçirdiyi hücumları pisləyib

Trend xəbər verirki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyininyaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Krallığının Xariciİşlər Nazirliyi İranın Türkiyə Respublikasını və AzərbaycanRespublikasını hədəf almaq cəhdini qətiyyətlə pisləyir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники