Azərbaycanla sülh müqaviləsinin nə vaxt imzalanacağı bəlli deyil.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 5 martda hökumət brifinqində bildirib.
Baş nazir bildirib ki, "görünür, iqtisadi gündəm siyasi gündəmi kölgədə qoyur və bu, əlbəttə ki, yaxşıdır. Axı siyasi gündəm iqtisadi gündəmə xidmət etməlidir".
O, ümid etdiyini bildirib ki, tezliklə mallar təkcə Azərbaycandan Ermənistana deyil, həm də əksinə idxal olunmağa başlayacaq.