RU

Avrokuboklara qatılmaq şansı azalan komandaya rəhbərlikdən SƏRT CƏZA!

"Sumqayıt"ın məşqçi və futbolçu heyəti cəzalandırılıb.

Klub rəhbərliyi məcburiyyət qarşısında qalaraq belə bir qərar verib.

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Zirə"yə 0:2 hesabıyla məğlub olan "Sumqayıt"da işlər qaydasında deyil.

Bu yarışda mübarizəni dayandıran "kimyaçılar" 3 aydır davam edən qələbəsizlik seriyasını dayandıra bilmir. Son 10 oyunda cəmi 1 qələbənin qazanılması yönətimin səbr kasasını daşırıb.

Odur ki, komanda tam şəkildə cərimələnib. Məbləğ hələlik açıqlanmır.

Amma güman edirik ki, rəqəm kifayət qədər böyük olacaq. Çünki avrokuboklara yollanmaq şansı xeyli azalıb.

Kubok matçdan sonra paltardəyişmə otağına daxil olan klub prezidenti Riad Rəfiyev kollektivi ciddi tənbeh edib. O, emosional danışıb, hətta təhqirə keçərək oyunçuları işə məsuliyyətsiz yanaşmaqda, kluba, azarkeşlərə, camiəyə hörmətsizlik etməkdə suçlayıb.

Rəfiyev futbolçuların heç bir maddi problem yaşamadıqları, məşq və yaşayış şəraitləri baxımından ən yaxşı imkanlara malik olduqlarını xatırladıb, bunun müqabilində ortaya qoyulan performansın bərbad olduğunu deyib.

Prezident qələbə bir yana qalsın, matçda rəqib qapısına zərbə endirə bilinməməsinin, hətta meydanın mərkəzini keçməkdə çətinlik çəkilməsinin qəbuledilməz olduğunu bildirib.

Onun ağır ifadələr işlətdiyi, söyüşə keçdiyi nitqi bir neçə dəqiqə çəkib.

SPORTİNFO.AZ

Избранный
33
sportinfo.az

1Источники