İtaliyanın "Milan" klubu futbolçusu Rafael Leaonun müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb.

Offsideplus.az "Get Football News Italy" nəşrinə istinadən xəbər verir ki, klub proses zamanı ciddi problemlə üzləşib.

Futbolçunun nümayəndələri sözləşmədən 175 milyon avroluq alış bəndini çıxarmaqda israrlıdırlar.

Bu bəndin olmaması oyunçuya gələcəkdə potensial transfer halında daha çox təsir imkanı verəcək.

Qeyd edək ki, 26 yaşlı vingerin “Milan”la hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.